Bakıda polis təhdid edildi

{title

42-ciparalel.az

Bakıda maşını yol polisi tərəfindən saxlanılan Bakı sakini aranı qarışdırıb. Nəticədə polis əməkdaşları onun özünü də həbs etmək məcburiyyətində qalıb. 

Oktyabrın 17-də Əmircan qəsəbəsində Mehman Rzayevin idarə etdiyi 57 BT 316 dövlət nömrə nişanlı "VAZ 2104" markalı avtomobil Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün yanında avtomobilin sahibi, 1989-cu il təvəllüdlü Rüfət Əliqulu oğlu Qarayev də olub. 
Hadisə Əmircan qəsəbəsi Nəqliyyat küçəsində baş verib. DYP-nin polis mayoru Emin Məmmədov M.Rzayevi qəza vəziyyəti yaratdığı və piyadaların üzərinn su sıçratdığı üçün saxladıb. Bu zaman məlum olub ki, M.Rzayevin sürücülük hüququ da yoxdur. Maşın Rüfət Quliyevə məxsusdur. 

DYP əməkdaşları maşını cərimə meydançasına aparıblar. 
Həmin gün saat 17:25 radələrində M.Rzayev Daxili İşlər Nazirliyinin 102 "qaynar xətti"nə zəng edərək deyib ki, əgər maşını cərimə meydançasından çıxarmasalar, E.Məmmədovun maşınını yandıracaq, uşaqlarını isə oğurlayacaq.
Oktyabrın 19-da DYP-nin cərimə meydançasına gələn M.Rzayev orada polis əməkdaşları ilə mübahisə edib, onları təhqir edib. M.Razayev bu hərəkətlərindən sonra saxlanılıb. Materiallar toplanaraq rayon prokurorluğuna göndərilib.