Türkiyə sahillərində miqrant daşıyan gəmi batıb: ölənlər var

Türkiyə sahillərində miqrantları daşıyan gəminin batması nəticəsində ən azı 18 adam boğularaq ölüb. Daha 14 nəfəri xilas etmək mümkün olub, Türkiyə sahil mühafizə xidməti bildirir.
Məlumata əsasən Yunanıstanın Kalimnos adasına yollanan gəmidə Suriya, İraq və Pakistan mənşəli miqrantlar olub.
Qəza cümə günündən şənbəyə keçən gecə baş verib.
Türkiyə Avropaya qaçqın axınının əsas marşrutlarından birinə çevrilib.
Təxminlərə görə yanvar ayından bəri yüz minlərlə miqrant Egey dənizinin qarşı tərəfində yerləşən Yunanıstan ərazisinə keçib.
Ankara bildirir ki, bu axının qarşısını almaq üçün artıq 1 milyard avroya yaxın vəsait xərcləyib.
Türkiyə Suriya miqrantlarının geri dönməyə məcbur edilməsi barədə deyilənləri "qəti şəkildə inkar edib”.
Dünya Bankının proqnozuna görə bu il miqrantların sayı 250 milyon həddini aşa bilər.