• Dünya
  • 11-12-2015, 21:43
  • 345Oxunub

Yeni Zelandiya ilkin mərhələdə yeni bayrağını seçib

{title

42-ciparalel.az
 

Gümüş Ayıdöşəyi (Qara, Ağ və Mavi) adlanan tərtibat qalib gəlib.

Yeni zelandiyalılar ölkənin yeni bayrağı ilə bağlı keçirilmiş referendumda ilkin qalib olaraq üzərində ayıdöşəyi həkk olunmuş mavi və qara rəngli bayrağı seçiblər.

İkinci yerdə isə bənzər qırmizi, ağ və mavi rəngli bayraq gəlir.

Yekun nəticələr isə, ən son və xaricdən səslər hesablandıqdan sonra, çərşənbə axşamı açıqlanacaq.

Mart ayında yeni bayrağın qəbul edilməsi və ya mövcud bayrağın saxlanmasına dair ikinci referendum keçiriləcək.


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Gümüş Ayıdöşəyi (Qırmızı, Ağ və Mavi) ikici gəlib.

Yeni zelandiyalılar beş bayraqdan birini seçməli idilər.

Referendumda səsvermə yaşı çatan vətəndaşların təxminən 48 faizi iştirak edib.

Parlamentdə qalib seçilmiş və finala çıxmış bayraqların hər ikisini memar Kyle Lockwood tərtib edib. Bayraqlar, Yeni Zelandiyanın rəmzləri olan gümüş ayıdöşəyini və Cənub Xaçını əks etdirirlər.

İkinci finalçı isə sosial mediada geniş təşfiq olunduqdan sonra səsverməyə çıxarılmış Qırmızı Pik tərtibi olub.



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Sosial Mediada populyar olan Aaron Dustin-in Qırmızı Pik dizaynı üçüncü olub.

Səsvermə yerli vaxtla 19:00-da başa çatıb.

Yeni bayrağın seçilməsi ilə bağlı qərar baş nazir John Key tərəfindən də dəstəklənib. Onun sözlərinə görə, indiki bayraq Avstraliyanın bayrağına çox oxşayır və artıq "Union Jack”i bayraqdan çıxarmaq vaxtıdır.

O deyib ki, səsvermədə iştirak gözləndiyindən daha çox olub və bu onu göstərir ki, insanlar mövzu ilə "maraqlanırlar”, New Zealand Herald bildirib.

Dörd dizayn bu ilin sentyabr ayında təqdim olunub və sonradan Qirmızı Pik əlavə edilib.

Bütün prosesin təxminən 18 milyon dollara başa gələcəyi gözlənilir.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

İndiki Yeni Zelandiya bayrağının üzərində "Union Jack" əks olunub.