Səudiyyə şri-lankalı qulluqçunun zina işinə yenidən baxacaq

Qadının daş-qalaq cəzasına məhkum edilməsi Şri-Lankada etirazlarla qarşılanıb.
Səudiyyə Ərəbistanı zinada ittiham edilərək ölüm hökmünə məhkum edilmiş şri-lankalı qulluqçunun işinə yenidən baxmağa razılıq verib, Şri-Lanka xarici işlər nazirinin müavini bildirib.
İki uşaq anası olan 45 yaşlı qadın avqust ayında subay şri-lankalı kişiylə birlikdə məhkum edilib.
Qadın daş-qalaq cəzasına, kişi isə 100 şallaq cəzasına məhkum edilib.
Səudiyyə Ərəbistanının, qadını daş-qalaq qərarı Şri-Lankada tənqidlərə məruz qalıb və etiraz nümayişləri ilə qarşılanıb.
Şri-Lanka səfirliyinin nümayəndələri bazar günü Səudiyyə həbsxanasında olan qadını ziyarət ediblər, xarixi işlər naizirinin müavini Harsha de Silva bildirib.
Ölkə Səudiyyə Ərəbistanına müraciət edərək cütlüyün əfv olunmasını istəyib.
"Böyük qələbə”
"Bizim müdaxiləmizdən sonra onlar, işə yenidən baxmağa razılıq veriblər,” cənab de Silva bildirib.
"Bu, böyük qələbədir. Biz onu hüquqi yardımla təmin edəcəyik”.
Nazir müavini Ranjan Ramanayake əlavə edib ki, Şri-Lanka hökuməti qadının işi ilə bağlı yalnız o, 2015-ci ilin avqust ayında ittiham olunduqdan sona xəbər tutub, baxmayaraq ki, qadın 2014-cü ilin aprel ayında həbs edilib.
"İslam şəriət qanunlarına görə, bu cür işlərdə şahidlərin olması lazımdır, lakin bu halda buna əməl olunmayıb,” o əlavə edib.
"Təəssüf ki, qanunu bilmədiyindən o, təzyiq altında etiraf edib və heç bir hüquqi dəstəklə təmin olunmayıb”.
Şri-Lanka paytaxtı Kolomboda BMT qərargahı və Səudiyyə səfirliyinin önündə etiraz nümayişləri keçirilib və bəziləri şri-lankalı işçilərin Səudiyyə Ərəbistanına göndərilməsinə qadağa qoyulmasını tələb ediblər.
Şri-Lanka hökuməti bildirir ki, yavaş-yavaş Yaxın Şərqə çalışmaq üçün gedən qadınların sayını azaldırlar.