• Dünya
  • 9-12-2015, 00:07
  • 265Oxunub

Rusiya isə Xəzər sahilində S-400 zenit-raket kompleksinin sınağını keçirib

{title

42-ciparalel.az
 
ABŞ, Türkiyə, Rumıniya və Ukraynanın hərbi dəniz qüvvələrləri Qara dənizin qərb hissəsində birgə təlimlər keçirib. Bu barədə Ukrayna Hərbi-Dəniz Qüvvələrlərinin mətbuat xidməti xəbər verib.
Gəmilər NATO standartları üzrə qarşılıqlı təmrinləri yerinə yetirib.
 
"Ukrayna Hərbi dəniz qüvvələrlərinin köməkçi gəmisi "Balta" Qara dənizin qərb hissəsində Rumıniya, ABŞ-ın və Türkiyənin flotlarının suüstü gəmiləriylə PASSEX tipinin birgə məşqlərini keçirib", - deyə Ukrayna flotunun verdiyi xəbərdə bildirilir.
 
Ukrayna Hərbi-Dəniz Qüvvələrləri təlimlərin əsas hədəfinin NATO standartlarına müvafiq olaraq çoxmillətli taktik birləşmələr tərkibində qarşılıqlı təsirin işləməsiylə bağlı olduğunu qeyd edib. Ukrayna gəmisi taktik manevr etmə, əlaqə, hava hücumuna qarşı müdafiə, ələ keçirmə və gəmi-pozanın yoxlaması və yüklərin ötürülməsi üzrə təlimlərə hərəkət zamanı cəlb edilmişdi.
 
Bir neçə gün əvvəl Rusiya Xəzər sahilində S-400 zenit-raket kompleksinin sınağını keçirib. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı Yaroslav Roşupkin xəbər verib. Rusiya Silahlı Qüvvələrinin Xəzər dənizi sahilində Həştərxan vilayətində təşkil edilən manevrlərində S-400 zenit-raket kompleksinin müdafiə etmə sistemləri yoxlanılıb.
 
Yaroslav Roşupkin S-400 sistemlərindəki mərmilərin Həştərxan vilayətində Kapustin Yar poliqonunda yoxlanıldığını qeyd edib. Rus hərbi səlahiyyətlisi atılan 2 mərminin radio-elektron təsirə və maneələrə baxmayaraq 'Kaban' reaktiv hədəfini müvəffəqiyyətlə vurduğunu bildirib.