• Dünya
  • 9-12-2015, 00:01
  • 294Oxunub

İraq qüvvələri Ramadini İD-dən "geri alıb"

{title

42-ciparalel.az
 

İraq hökumət qüvvələri özünü İslam Dövləti (İD) adlandıran qrupun nəzarətində olan Ramadi şəhərini geri alıb, məlumatlarda deyilir.

Terrorçuluqla Mübarizə Qüvvələri deyib ki, onlar çərşənbə axşamı günü ağır döyüşlərdən sonra Tamim ərazisinin cənub-qərbini təmizləyiblər.

Ordu və silahlılar Ramadiyə hücumu aylar idi ki, planlaşdırırdılar və bu yaxınlarda sakinlərə şəhəri tərk etməyi tövsiyyə etmişdilər.

Ramadi İD tərəfindən may ayından tutulub. Bu, İraq ordusu üçün utancverici məğlubiyyət hesab olunurdu.