• Dünya
  • 6-12-2015, 14:38
  • 317Oxunub

Yəməndə rəsmi şəxslər öldürülüb

{title

42-ciparalel.az
 

Yəməndə Aden şəhərinin meri Jaafar Mohammed Saad onu aparan konvoya edilmiş hücum zamanı həyatını itirib, təhlükəsizlik mənbələri deyir.

Yəməndə huti qiyamçıları demək olar ki bütün ölkəni, o cümlədən paytaxt Səna şəhərini zəbt edib.

Aden şəhəri isə ilin əvvəlində hökümət qüvvələri tərəfindən geri qaytarılıb.

Hadisə ötən gün BMT-nin xüsusi nümayəndəsinin prezident Abdrabbuh Mansour Hadi ilə Adendə görüşündən sonra baş verir.

BMT nümayəndəsi ölkədə 8 aydır davam edən vətəndaş müharibəsi tərəfləri ilə danışıq aparmaq üçün gəlib.

Şənbə günü həm də anti-terror məhkəməsinin hakimi, onun iki oğlu və hərbi kəşfiyyat rəsmisi başqa hücumlar zamanı öldürülüb.

Cənab Hadi Adeni İranın dəstəklədiyi huti qiyamçılarından geri aldıqdan sonra müvəqqəti paytaxt elan edib.