Türkiyədə çörək bahalaşır

42-ciparalel.az
Həmkarlar ittifaqının sədri bunun məcburi bir yol olduğunu deyib.
Türkiyədə standart 250 qramlıq çörəyin qiyməti 1.5 lirə (0.55 azn) ola bilər. Bu barədə "Çörək Səneyesi İşəgötürənləri” həmkarlar ittifaqının sədri Cihan Kolivar məlumat verib. Unun qiymətindəki bahalaşmanı xatırladan Kolivar, çörəyin bahalaşmasının məcburi bir yol olduğunu deyib.
"Bu il Türkiyədə buğda məhsuldarlığının yüksək olmasına baxmayaraq son iki ayda unun qiyməti 15-20% artdı. 2 ay əvvələ görə dollar bahalaşmayıb, yanacaq bahalaşmayıb. Bəs un niyə bahalaşdı? Dollar, yanacaq bahalaşmadığı halda səbəbini açıqlaqda çətinlik çəkdiyimiz un bahalaşması davam edərsə, çörəyin qiyməti məcburən 1.5 lirə olacaq.”