Fransadan erməniləri üzəcək qərar

42-ciparalel.az
Qondarma erməni soyqırımı qanun layihəsi senatda səsvermədən keçmədi.
Fransada respublikaçılar tərəfindən milli məclisdə səsverməyə çıxarılan, qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilməyib. Qanun layihəsi yenidən müzakirə olunmaq üçün Ədalət Komissiyasına göndərilib.
Qanun layihəsinə görə qondarma erməni soyqırımını inkar edənlər üçün 5 il həbs cəzası və 45 euro cərimə tələb olunurdu. Fransada anamüxalifətçi Respublika partiyasının Marsel millət vəkili Valeri Buayenin önçülüyü ilə qanun layihəsi noyabrın 25-də senatın Ədalət komitəsində müzakirə olunmuş və dekabrın 3-də səsverməyə çıxarılmışdı.

Ermənipərəst millət vəkili Valeri Buaye
Bu barədə danışan Buaye 2011-ci ildə hazırladığı layihənin, söz azadlığına zid olduğu irəli sürülərək Konstitusiya məhkəməsi tərəfindən ləğv olunduğunu xatırtlatmışdı. Millət vəkili bu dəfə hazırladığı layihənin söz azadlığından sui-istifadə kimi yox, bəşəriyyətə qarşı işlənmiş cinayət kimi qəbul olunmasını tələb etdiyini bildirib. Valeri Buaye, layihənin qəbul olunmasından sonra "inkar cinayətini” işləyənlərin "insan ləyaqətini alçaltdığı” üçün mühakimə olunacağını qeyd edib.
Qanun layihəsi 2011-ci ildə də Valeri Buayenin önçülüyü ilə Fransa senatının gündəminə gələrək qəbul olunmuşdu. Nikolas Sarkozinin prezidentliyi dövründə qanunlaşan layihə Türkiyə ilə Fransa münasibətlərində ciddi gərginliklərə səbəb olmuşdu. Rəsmi Ankara Fransaya nota vermiş, Türkiyənin Parisdəki səfiri Təhsin Burcuoğlu geri çağırılmışdı.
Fransanın milli məclisi senat tərəfindən qəbul edilən qanun layihəsi daha sonra söz azadlığına zid olduğu üçün konstitusiya məhkəməsi tərəfindən ləğv olunmuşdu.