İŞİD verdiyi sözə əməl etdi

42-ciparalel.az
Terror təşkilatı ABŞ-ın Kaliforniya ştatında baş verən terror aktını öz üzərinə götürüb.
ABŞ-ın Kaliforniya ştatının San-Bernardinoşəhərindəki fiziki məhdudiyyətli insanlar üçün sosial mərkəzə edilən hücümuunməsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb. Bu barədə İŞİD silahlıları nəzarətlərində olan Al-Bayan radiosu vasitəsi ilə xəbər yayıblar.
İŞİD üzvüləri baş verən hadisəni təşkilat silahlılarından 2 nəfərin həyata keçirdiyini bildiriblər.
Dekabrın 2-də ABŞ-da fiziki məhdudiyyətli insanlar üçün sosial mərkəzə hücum edilib. Atışma zamanı 14 nəfər həlak olub, 17 nəfər yaralanıb. Silahlı şəxslər hadisə yerindən tünd avtomobildə qaça biliblər. Daha sonra polis avtomobili saxlayarkən atışma baş verib. Nəticədə iki şübhəli öldürülüb. Polislə atışmada həlak olan şübhəli şəxlər - 28 yaşlı Səid Fərruh və 29 yaşlı Təfşin Malikdir.

İnsidentdən sonra hadisə yeri
İnsidentdən sonra Barak Obama bildirib ki, atışma ilə bağlı növbəti hadisə ABŞ-ın bütün partiyalarını birləşməyə və qanunvericiliyi sərtləşdirməyə vadar etməlidir.
Bundan əvvəl İŞİD videoçarx yayaraq ABŞ-ın Nyu-York şəhərinin "Times Meydanı"n da terror aktları törədəcəyini bildirmişdi.