Dünya böyük müharibənin astanasında

42-ciparalel.az
Aralıq dənizda 13 ölkənin hərbi gəmiləri döyüşə hazır vəziyyətə gətirilib.
Suriya ətrafında gərginlik daha da artır. Aralıq dənizin Suriya sahillərində 13 ölkənin hərbi gəmisi döyüşə hazır vəziyyətdə dayanıb.
Türkiyə mətbuatının məlumatında bildirilir ki, dövlətlərin son günlər birdən – birə Suriya ərazisini intensiv bombalamasının səbəbi Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi son qərardır. Qərara əsasən Suriyada 2016-cı il yanvarın 1-dən etibarən atəşkəs əldə olunmalıdır. Atəşkəs Suriya münaqişəsində iştirak edən dövlətlərlə razılaşdırılıb.
Mətbuat yazır ki, dövlətlər fəal əməliyyatlar həyata keçirməklə atəşkəsə qədər daha çox ərazi təmizləmək istəyirlər. Dövlətlər Suriyanı İŞİD və digər silahlı qrupları zəiflətmək bəhanəsi ilə müdaxilə edirlər. Bölgəyə 16 hərbi təyyarə göndərən İngiltərə Cənubi Kiprdəki bazasında istifadə edir. Həmçinin Portuqaliya,Danimarka və İspaniya da Suriyanın bombalanması üçün hərbi gəmi və təyyarələri Aralıq dənizinə yola salıb. Almanya İŞİD-lə mübarizə üçün 1200 əsgər, 6 tornado reaktiv atəş sistemi göndərir. Fransaya məxsus "Şarl De Qoll” təyyarə gəmisi isə artıq Aralıq dənizdən əməliyyatlara başlayıb.

Fransaya məxsus "Şarl De Qoll” təyyarə gəmisi
Amma Rusiya hələki Suriyanın hava məkanında ən böyük üstünlüyə malik ölkədir. Rusiyanın Aralıq danizində 13 hərbi gəmisi var. Bundan başqa Rusiya Suriyada 4 humanitar, 9 köməkçi gəmi saxlayır.
Türkiyə hərbi qüvvələrinin Suriyadakı hərbi əməliyyatlarda iştirakı isə məhdudlaşdırılıb. ABŞ-ın hərbi mənbələrindən verilən məlumata görə, Türkiyə bu addımı ABŞ-ın xahişi ilə atıb. Səbəb isə Rusiya ilə gərginləşən münasibətlərdir.
Suriya münaqişəsi 2011-ci ildə başlayıb. Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edən xalq ona qarşı mitinqlər təşkil edib. Ölkədə son beş ildə davam edən silahlı toqquşmalar, bombardımanlar minlərlə insanın ölümünə səbəb olub.
Hazırda Suriya ərazisinin çox az hissəsinə hökümət qüvvələri nəzarət edir. Qalan ərazilərə Kürd silahlılar,PYD, İŞİD və digər silahlı qruplar nəzarət edir. Koalisiya qüvvələri Suriyadakı terror qruplarını məhv etmək adı altında hərbi müdaxilələrə başlayıb. Sentabrın 31 -də Rusiyanın Suriya ərazisində əməliyyatlara başlaması vəziyyəti daha da gərginləşdirdi. Bu əməliyyatları ABŞ və müttəfiqləri etirazla qarşılayıb.