• Dünya
  • 1-12-2015, 17:00
  • 273Oxunub

NATO Əfqanıstandakı missiyasının müddətini 2016-ci ilin sonuna qədər uzadacaq

{title

42-ciparalel.az
 
NATO Əfqanıstandakı missiyasının müddətini 2016-ci ilin sonuna qədər uzadacaq.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansa daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşündən öncə məlumat verib.
"NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə təlimçilərin və məsləhətçilərin missiyasının vaxtını uzadacağıq. Həmçinin onda iştirak edən qüvvələrin səviyyəsini müzakirə edəcəyik. Bundan başqa, 2018-ci ildən sonra Əfqanıstan ordusunun maliyyələşdirilməsi üzrə vəsait toplanması kampaniyasının başlanmasını nəzərdən keçirəcəyik", - baş katib deyib.