• Dünya
  • 28-11-2015, 22:16
  • 235Oxunub

Roma Papası ayinə 1 milyon insan topladı

{title

42-ciparalel.az
 
Afrika ölkələrinə səyahət edən Roma Papası Fransisk Uqandada ayin keçirib. İlkin məlumata görə, ayində 1 milyondan çox insan iştirak edib. İnsanlar nəinki Uqandadan, həmçinin Afrikanın digər ölkələrindən də Pontifiklə görüşə gəliblər. AZƏRTAC xəbər verir ki, mərasim 1885-1887-ci illərdə yerli kral tərəfindən edam edilən 45 xristian əzabkeşinin – 23 katolik və 22 İngiltərə kilsəsi tərəfdarının müqəddəsləşdirilməsinə həsr olunub. Ayində həmçinin Uqandanın hazırki prezidenti Yoverti Kaquta Museveni də iştirak edib. Bundan əvvəl Roma Papası Keniyada olub. Səfər proqramında Pantifikin ziyarət edəcəyi növbəti ölkə isə Mərkəzi Afrika Respublikasıdır.