• Dünya
  • 28-11-2015, 21:27
  • 250Oxunub

İrandan xarici şirkətlərə şok təklif

{title

42-ciparalel.az
 

     Ölkəyə sərmayə qoymaq istəyən şirkətlər mütləq yerli müəssisələrlə ortaq olmalıdır.

İranda neft və qaz sektoruna sərmayə qoymaq istəyən şirkətlər mütləq yerli müəssisələrlə şərik olmalıdır.

Bu barədə İranın paytaxtı Tehran şəhərində keçirilən beynəlxalq konfransda ölkənin neft naziri Bijan Namdar Zangene bildirib.

"İrana dünyanın bir çox dövlətləri sərmayə qoymaq istəyir. Amma istənilən xarici şirkət mütləq yerli partnyorlarla razılaşmalar bağlamalıdır”, - deyə İran rəsmisi bildirib.

Nazir konfrasda İrana sərmayə qoymaq istəyən şirkətlərə razılaşma müqavilələrinin yeni modelini təqdim edib. Konfransda 300 şirkət iştirak edir. Məlumata görə, İran neft və qaz yataqlarını 2016-cı ildən etibarən beynəlxalq şirkətlərə açmaq niyyətindədir. İran sanksiyaların ləğv edilməsindən sonra gündə neft hasilatını 500 min barel atırmağı planaşdırır. Qonşu ölkə 2020-ci ilə qədər isə gündə 4-7 milyon barel neft hasil etmək niyyətindədir. İran hazırda gündə 2,8 milyon barel neft hasil edir.

İranın neft naziri - Bijan Namdar Zangene


İranda indi tətbiq edilən müqavilə modeli dünyanın bir çox ölkələrində uzun illərdir ki, həyata keçirilir. Neftlə zəngin Səudiyyə Ərəbistanı ölkəyə sərməyə yatırmaq istəyən şirkətlərin qarşısına qoyduğu ən böyük şərt yerli müəssisə ilə şərik fəaliyyət göstərməsidir. Yəni ki, xarici şirkətdə mütləq Səudiyyə vətəndaşının payı olmalıdır. Bu səbəbdən xarici şirkətlər sərmayə qoyarkən ilk növbədə özlərinə yerli ortaq axtarırlar.

İranda isə yeni razılaşma modeli "Altılıq” ölkələri ilə nüvə razılaşması imzalandıqdan sonra gündəmə gəlib. Bu ilin iyul ayında Avstriyanın paytaxtı Vyanada əldə olunan razılaşmaya görə, İran nüvə stansiyalarının fəaliyyətini beynəlxalq müşahidəçilərin üzünə açmalı və uran istehsalını azaltmalıdır.
Razılaşmaya əsasən "Altılıq” ölkələri İrana tətbiq etdiyi sanksiyaları ləğv edəcək. Hazırda isə AvropaABŞÇin və Rusiya şirkətlərinin İrana marağı böyükdür. 

Altılıq ölkələri xarici işlər nazirlərinin İranla əldə olunan razılıqdan əvvəlki son görüşlərindən biri (Koburq sarayı, Vyana, Avstriya, 6 iyul 2015)


İran isə yeni razılaşma modelini tətbiq etməklə xarici şirkətlərin işini çətinləşdirib. Təcrübə göstərir ki, beynəlxalq şirkətlər qoyduqları sərmayədən gələn gəliri heç kimlə bölmək istəmir. İranın tətbiq etdiyi yeni qaydalar isə onları gəlirlərini bölməyə məcbur edəcək. Amma bu təcrübənin tətbiq edilməsi İran əhalisinin xeyrinədir.

Çünki ölkədə fəaliyyət göstərəcək yeni şirkətlər İran vətədaşlarına məxsus müəssisələrlə ortaq olacaq. Bu da yeni iş yerlərinin açılmasına səbəb ola bilər. Həmçinin belə olduğu halda xarici şirkətlər müəssisələrdə işləyən ölkə vətəndaşlarına yad münasibət göstərməkdən çəkinəcəklər.

İran bu addımı ilə xarici dövlətlərə öz iqtisadiyyatına nə qədər güvəndiyini sübut edir. Yəni ki, hər hansı dövlət bu şərtlərə görə ölkəyə sərmayə qoymaqdan imtina edərsə, bu İran iqtisadiyyatı üçün güclü zərbə olmaya bilər. Çünki ölkə uzun illər əksər xarici dövlətlərin sankisiyaları altında öz iqtisadiyyatını güclü saxlaya bilib.