• Dünya
  • 27-11-2015, 00:27
  • 172Oxunub

"Putindən soruşun ki, Bülent Ərsoyu tanıyır?"

{title

42-ciparalel.az
 
Türkiyənin məşhur müğənnisi Bülent Ərsoy Türkiyə və Rusiya arasındakı münasibətlərdən danışaraq hamını təəcübləndirib. 

İstanbulda tanınmış modelyer və dizayner Yıldırım Mayrukun yeni kolleksiyasının təqdim etmə zamanı Bülent Ərsoy müxbirlərin sullarına cavab verib Putinə sərt ismarış göndərib: 

"Putinə qarşı çox hirsliyəm. Ondan soruşun ki, Bülent Ərsoyu tanıyırmı. Putin, sən məni tanıyırsan?! Tanısaydı, belə danışmazdı".

Bülənt Ərsoy 


B. Ərsoy tədbirə əynində xəzlə qatılıb. "Heyvansevərlərin reaksiyası sizi qorxutmur?" sualına ifaçı "kürklə onun nə əlaqəsi var" deyə cavab verib. 

Adıçəkilən modelyerin "2023-ə hekayələr" kolleksiyası təqdim edilib. Kolleksiyanın təqdimatı üçün podiuma çıxanlar arasında Tülin Şahin, Günay Musayeva və Ebrü Öztürk də olub. 

Məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məhşurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başlayıb. 

1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu müğənni indi də məhşur ifaçılar siyahısındadır.