• Dünya
  • 23-11-2015, 23:33
  • 152Oxunub

Mədəndə ölənlərin sayı 113 nəfərə çatdı ( VİDEO )

{title

42-ciparalel.az

Cənubi-şərqi Asiya ölkəsi olan Myanmada baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı sürətlə artır. 

Torpaq altından 113 cəsəd çıxarılıb. Dağıntılar altında hələ də 100-dən çox insanın qaldığı guman edilir. Axtarışlara ordu qüvvələrindən başqa, könüllülər də cəlb olunub. Hadisə zamanı bəzək-zinət əşyalarının emal edildiyi mədəndə neçə nəfərin çalışdığı barədə dəqiq məlumat yoxdur. Ölənlərin sayının təxmin ediləndən dəfələrlə çox ola biləcəyi güman edilir. 

Qəzadan sonra ətrafda yaşayan çolxu sayda sakin təxliyyə edilib. Yerli daiələrin məlumatına görə, sürüşmə nəticəsində ətrafda yerləşən bir neçə ev ciddi təhlükə altına düşüb. Yerli mətbuat yazır ki, ekspertlər bölgədəki mədənlərdə təhülkəsizlik tədbirlərinin aşağı səviyyədə olması və qəzaların baş verə biləcəyi ilə bağlı dəfələrlə aidiyyatı qürumlara xəbərdarlıq edib. Buna baxmayaraq, bölgədəki digər mədənlər fəaliyyətini davam etdirir.