İŞİD üzvləri Rusiyada silahlı hücumlar təşkil etdi ( VİDEO )

Rusiyanın Nalçik şəhəri yaxınlığında terorçulara qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Meşədə silahlıların gizləndiyini aşkar edən hüquq-mühafizə orqanları əməkdaşları dərhal ərazini mühasirəyə alıb. Əməliyyat zamanı 14 terroçu məhv edilib. Ölənlər arasında terrorçu dəstənin lideri Yuri Bitsuyev də var. Digər silahlıların kimliyi barədə hələlik məlumat verilməsə də, onların İŞİD üzvü olduğu güman edilir.
Əraziyə baxış zamanı çoxlu sayda silah-sursat və partlayıcı maddələr də aşkar edilib. Ələ keçirilən partlayıcı qurğular elə yerindəcə partladılıb.
Bildirilir ki, İŞİD üzvləri Rusiyada silahlı hücumlar təşkil etməyi planlaşdırırmış. Onlar Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə dəstək verməsinə cavab olaraq, Moskvada qanlı hadisələr törətməyə hazırlaşırmış. Bəzi terrorçuların gizlənə biləcəyini ehtimal edən Rusiya Milli Antiterror Komitəsi əməliyyatları davam etdirir.