Rusiyaya 11 İŞİD - çi məhv edildi

42-ciparalel.az
Meşədəki qarşıdurma nəticəsində 11 terrorçunun məhv edildiyi bildirilir.
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin subyektlərindən biri olan Kabardino-Balkariya Respublikasında İŞİD terrorçularını zərərsizləşdirib. Bu səbəbdən yerli vaxtla səhər saat 8:00-dan Çerek rayonunun Nalçik ərazisində kontterrorist əməliyyatı (KTO) rejimi tətbiq edilir.
Bunun terror hadisələrinin qarşısını almaq, əhalinin, təşkilat və müssisələrin təhlükəsizliyini təmin etmək, terrorçuların axtarışını və saxlanılmasını asanlaşdırmaq məqsədilə edildiyi bildirilib.

Nalçikdə KTO rejimi tətbiq edilir
Terrorçularla yerli hüquq-mühafizə orqanları arasında silahlı qarşıdurma bu gün səhərdən Nalçikə bitişik olan meşə massivində başlayıb.
Qarşıdurma nəticəsində 11 terrorçunun məhv edildiyi bildirilir. Hüquq-mühafizə orqanlarının itkisi haqqında isə heç bir məlumat yoxdur.
Hazırda meşə ərazisində əməliyyatlar davam etdirilir. Eyni zamanda bildirilir ki, meşədə yanğın başlayıb.
Bundan əvvəl - noyabrın 10-da Nalçikdə Robert Zankişiyev adlı şəxs öldürülüb. Bildirilirdi ki, o, İŞİD-in yerli bölməsinin rəhbəri olub.
Həmin əməliyyat zamanı Zankişiyevin həyat yoldaşı yaralanmışdı. Hüquq-mühafizə orqanları ilə danışıqlardan sonra o, təslim olmuşdu.