Krım yarımadası elektrik enerjisiz qalıb

42-ciparalel.az
Krım yarımadasında elekrtik enerjisinin verilməsində problem yaşanır. Yarımada Ukrayna ərazisində yerləşən elektrik ötürücüləri dirəklərinin partlaması nəticəsində işıqsız qalıb.
Rusiya Federasiyasının energetika nazirliyinin məlumatına görə, hazırda 1,8 milyon sakin elektrik enerjisiz qalıb.
İnsident noyabrın 22-nə keçən gecə baş verib. Ukrayna daxili işlər nazirliyi bəyan edib ki, Krımı elektrik enerjisi ilə təmin edən ötürücü xətt partladılıb.
Yarımadanın əsas infrastrukturları və sosial obyektləri fövqəladə enerji mənbələrinə qoşulub. Rusiyanın rabitə naziri Nikolay Nikiforov öz "Twitter" səhifəsində qeyd edib ki, elektrik enerjisinin verilməsində müşahidə olunan pozğunluq mobil rabitədə də öz əksini tapacaq.
Krım yarımadası Qara dəniz sahilində yerləşir. 2014-cü ildə referendum yolu ilə Rusiyanın tərkibinə daxil olub. Bu preoses yeni tarixdə "Krımın ilhaqı" kimi qeydə alınıb. Rusiyanın Krımı öz tərkibinə saldıqdan sonra ABŞ və bir sıra qərb ölkələri bu ölkəyə qarşı sanksiya tətbiq ediblər.