• Dünya
  • 21-11-2015, 00:06
  • 264Oxunub

Oteldəki dəhşət sona çatdı: 18 cəsəd çıxarıldı ( FOTO )

{title

42-ciparalel.az
 

Hücum zamanı silahlılar 3 nəfəri öldürüblər.

Malinin paytaxtı Bomakodakı terrorçuların otelə hücumu zamanı əsir götürülən şəxslər azad edilib.
Bu barədə Mali təhlükəsizlik nazirinə istinadən AFP agentliyi xəbər yayıb.

Mali Təhlükəsizlik Nazirliyinin verdiyi açıqlamaya görə, hadisə zamanı silahlılar 3 nəfəri öldürüblər. "Radisson Blu” mehmanxanasının personal və kirayənişinləri azad edilib. Yerli KİV-in məlumatına görə, mehmanxanadan döyüşçülərin basqını zamanı həlak olan 18 nəfərin cəsədi çıxarılıb.

Ölənlərdən 14 nəfərin avropalı olduğu bildirilir. Əsir götürülənlər arasında Türk Hava Yollarının 6 əməkdaşının da azad edildiyi haqda xəbər verilib. Otelin azad olunma əməliyyatında Mali və Fransanın xüsusi təyinatlı dəstəsinin döyüşçüləri iştirak ediblər.

Girovlar azad edildi

Bir müddət əvvəl Malidə 170 nəfərin qaldığı "Radisson Blu” otelinə silahlı hücum olmuşdu. Məlumata görə, silahlılar 170 nəfəri girov götürüb.Onlardan 140 nəfərinin oteldə qalanlar, 30 nəfərin isə işçilər olduğu bildirilir. 10 nəfərdən ibarət terror qrupu hadisə yerinə diplomatik nömrəli maşınlarla gəliblər. Reutersin məlumatına görə, silahlılar avtomatlar vasitəsi ilə oteldəkilərə atəş açıblar. Hadisə nəticəsində 3 nəfərin dünyasını dəyişdiyi bildirilir.