İrandan şok etiraf gəlib

42-ciparalel.az
İran xarici işlər nazirinin köməkçisi Hüseyn Əmir Abdullahiyan son beş ildə Suriyada ən yaxşı qüvvələrini itirdiyini bildirib.
"Suriyada beş ildir davam edən vətəndaş müharibəsində Əsədin ayaqda qalması üçün ən böyük dəstəyi biz verdik. Ötən beş ildə Suriyada ən yaxşı qüvvələrimizi itirdik. Əgər Suriya ordusu və xalqına verdiyimiz dəstək olmasaydı, rejim iki-üç ilə devriləcəkdi”, - nazirin köməkçisi söyləyib.
İranın paytaxtı Tehrandakı Şərif Universitetində təşkil edilən bir konfransda çıxış edən Abdullahiyan iki il əvvəl Suriya prezidenti Bəşər Əsədə ailəsini İrana göndərmək təklif edildiyi, ancaq təklifin qəbul olunmadığını deyib.