• Dünya
  • 17-11-2015, 23:21
  • 148Oxunub

Parisdəki terrorla bağlı 7 nəfər saxlanıldı

{title

42-ciparalel.az

 

Almaniyanın Alsdorf şəhərində  Parisdə törədilən terror aktları ilə əlaqəsi olmaqda şübhəli bilinən 7 şəxs saxlanılıb. 

 

Bundan əvvəl xarici  mətbuatda qeyd olunan iş üzrə iki qadın və üç kişinin saxlanıldığı bildirilib.   

 

Məlumata görə, xüsusi təyinatlılar çoxmənzilli binada apardığı əməliyyat zamanı daha iki şəxsi saxlayıblar. Hazırda onların şəxsiyyəti və Parisdə törədilən terror aktları ilə əlaqəsi müəyyənləşdirilir.   

 

Xatırladaq ki, noyabrın 13-də Parisdə törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, azı  300 nəfər yaralanıb.