• Dünya
  • 17-11-2015, 22:51
  • 135Oxunub

Ermənistan AŞPA-nın qış sessiyasını boykot etməyə hazırlaşır

{title

42-ciparalel.az
 
"Bizim ”diplomatik mənbələrimiz iddia edir ki, Ermənistanın xarici işlər naziri Avropa Birliyi ölkələri xarici işlər nazirləri ilə AŞPA-nın qış sessiyasının gündəliyinə salınmış "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması” adlı məruzəsini neytrallaşdırmaq üçün danışıqlar aparır”. 

Lakin nəşrin bildirdiyinə görə, erməni maraqları əleyhinə olan həmin məruzəni AŞPA-nın qış sessiyanda tam neytrallaşdırmaq mümkün olmayacaq və "sənəddən yalnız antierməni ifadələrini çıxarmağa cəhdlər ediləcək”. 

"Ermənistan nümayəndə heyətinin AŞPA-dakı fiaskosundan sonra XİN-ə bu, necə müyəssər olacaq – anlaşılmır. Hakimiyyət AŞPA-nın qış sessiyasını boykot imkanını da nəzərdən keçirir” – qeyd edib erməni qəzeti.

Xatırladaq ki, Böyük Britaniyadan olan deputat Robert Uolterin hazırladığı məruzə artıq AŞPA Siyasi Komitəsində təsdiqlənib.