• Dünya
  • 17-11-2015, 22:05
  • 197Oxunub

Rusiya ilk dəfə İŞİD-ə "Kalibr" qanadlı raketlər vasitəsilə zərbə vurub

{title

42-ciparalel.az
 
Rusiya Aralıq dənizindəki sualtı qayıq vasitəsilə İŞİD terror qruplaşmasına zərbələr endirib. Bu haqda Rusiyanın kütləvi informasiya vasitələri ölkənin Müdafiə Nazirliyinə yaxın məbələrə istinadən xəbər yayıb. 

Zərbə Rusiyaya məxsus "Rostov-na-Donu" sualtı qayığındakı qanadlı raket vasitəsilə Aralıq dənizinin şərq hissəsindən vurulub. Hədəf Suriyanın Rəqqa şəhərinin ətrafı olub.

Qeyd edilib ki, bu, Rusiyanın İŞİD-ə "Kalibr" qanadlı raketlər vasitəsilə vurduğu ilk zərbədir. Hazırda hava və kosmik kəşfiyyat vasitəsilə endirilən zərbələrin nəticələri təhlil edilir.

Həmçinin bildirilir ki, belə bir addım atmaqla Rusiya A321 sərnişin təyyarəsində törədilən terror aktına cavab vermiş olub. Belə ki, bu gün Rusiya rəsmiləri təyyarənin qəzaya uğramadığını, baş verən hadisədə İŞİD-in əli olduğunu bəyan edib. 

Eyni zamanda məhz bu səbəbdən Rusiya prezidenti Vladimir Putin terrorçulara zərbələrin daha da gücləndirilməsi haqqında sərəncam verib.

Vladimir Putin - Rusiyanın prezidenti

Məlumat üçün bildirək ki, oktyabrın 31-də Misirdə Rusiyaya məxsus A321 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədəki ekipaj üzvü və sərnişinlərin hamısı - 224 nəfər həlak olub.

ABŞ və Britaniya xüsusi xidmət orqanları təyyarənin tərkindəki bombanın partlaması nəticəsində qəzaya uğramasını desələr də, Rusiya ilə Misir bu ehtimalı təkzib ediblər. 

Misirin prezidenti Abdul Fəttah as-Sisi İŞİD-in təyyarə qəzasına görə məsuliyyəti öz üzərinə götürməsini terroçuların təbliğatı adlandırıb.