"Charlie Hebdo" jurnalından "fransızlar normal həyata dönür" adlı karikatura

42-ciparalel.az
Jurnalın bu dəfəki buraxılışında Paris terrorunu əks etdirən karikatura dərc olunub.
Dərc olunmuş şəkildə başında papaq və əlində çörək olan qarabasma təsvir olunub və "fransızlar normal həyata dönür" yazısı yazılıb.

Noyabrın 13-ü axşam saatlarında Fransanın paytaxtı Parisdə törədilən silsilə partlayışlar və silahlı hücumlar azı 129 nəfərin həyatına son qoyub, 352 nəfər isə yaralanıb. Gecə saatlarında yaşanan zəncirvari terror aktları paytaxt sakinlərinin təşvişinə səbəb olub.
"Charlie Hebdo" jurnalında bundan əvvəl də faciələrlə bağlı karikaturalar çəkilib. Belə ki, noyabrın 6-da Fransanın həftəlik satirik jurnalı olan "Charlie Hebdo"-nun müəllifləri oktyabrın 31-də baş verən Rusiyaya məxsus A 321 təyyarə qəzası ilə bağlı 2 karikatura dərc edilib.
Bunlardan birində İŞİD terrorçusu təsvir edilir. Onun üzərinə partlayan təyyarənin qırıntıları, sərnişinlərin əşyaları, insanlar tökülür.
Karikaturaya isə belə bir şərh verilir: "İŞİD: Rusiya aviasiyası yenə bizə qarşı bombardmanı gücləndirib".

"Chalie Hebdo"nun A321 qəzası ilə bağlı karikaturası
İkinci karikaturada isə "Kaş ki, milli aviaşirkətlə deyil, "Air Cocaine" aviaşirkəti ilə uçardım" ifadəsi ilə müşayiət edilən kəllə sümüyü təsvir edilib.

"Chalie Hebdo"nun A321 qəzası ilə bağlı ikinci karikaturası
Bu karikaturalar çıxar-çıxmaz ruslar Sankt-Peterburqdakı Fransa konsulluğunun qarşısında "Charlie Hebdo" jurnalına qarşı aksiya keçiriblər.
Keçirilən piketlərdə insanlar əllərində qəza zamanı həlak olanların şəkillərini və "sizin də uşaqlarınız nə vaxtsa Sinay yarımadası üzərindən uçarlar" - sitatı ilə plakatlar gətiriblər.
Eyni zamanda, bəzilərinin əlində "Charlie Hebdo" jurnalının baş redaktorunun şəkli və şəklin altında "sən Fransanın üzqarasısan!"- yazısı da olub.

Türkiyə sahillərində miqrant gəmisinin qəza uğraması nəticəsində çoxlu sayda qaçqınların, xüsusən də, uşaqların ölməsi ilə bağlı da "Charlie Hebdo" jurnalında 2 yaşlı Aylanın cansız bədəni və miqrantlarla bağlı 2 karikatura yayımlanmışdı.

"Charlie Hebdo" jurnalında miqrantlarla bağlı karikaturalar
Jurnalın ən çox səs-küylü qalmaqalı isə Məhəmməd peyğəmbərin karikaturasının dərc edildiyi vaxt yaranmışdı. Həmin narazılıqlar fonunda bu ilin yanvar ayının əvvəlində jurnalın redaksiyasına silahlı hücum olmuşdu. Hadisə nəticəsində 12 nəfərin öldüyü deyilsə də, bir çoxları bu hücumun quraşdırma olduğunu bildirilmişdi.