• Dünya
  • 15-11-2015, 17:21
  • 177Oxunub

Ərdoğan "Terrorizmin belini qıracağıq"

{title

42-ciparalel.az
 
"Boyük iyirmilik" zirvə toplantısı başladı
Dünya liderlərinin qatıldığı "Böyük İyirmiliyin" zirvə toplantısı (G 20 sammiti) rəsmən açıq elan edildi.

Toplantı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İş20 və Əmək20 iclasında söylədiyi nitqlə başlayıb. 

Ərdoğan öz nitqində terrorizmlə mübarizə mövzusuna toxunub. Türkiyyə prezidentinin sözlərinə görə, terrorizmlə uğurlu mübarizə üçün gənclər arasında məşğulluğu artırmaq lazımdır. "Düyna maliyyə dairələrinin gənclər arasında işsizliyin aradan qaldırılması məsələsinə yetərincə dəstək verib vermədiyini öyrənmək lazımdır. Əgər maliyyə dünyası bununla məşqul olsa biz terrorizmin belini qıra bilərik" - deyə Ərdoğan bildirib.

Öz növbəsində Rusiya prezidenti Vladimir Putin terror təhlükəsini aradan qaldırmaq üçün bütün dünya gücünün səfrbər edilməsinin vacib olduğunu bildirib. 

İclasda nitq söyləyən Rəcəb Tayyib Ərdoğan daha sonra ABŞ prezidenti Barak Obama ilə ikili görüş keçirib. Görüşdə müzakirə olunacaq prioritet məsələlər ötən gün Parisdə baş verən terror hadisələri, Suriya ətrafında cərəyan edən hadisələrin olacağı gözlənilir. 


Sammitdə iştirak etmək üçün Barak Obama bu gün Antalyaya gəlib.