• Dünya
  • 13-10-2017, 08:33
  • 175Oxunub

ABŞ Rusiya Baş Qərargahının nümayəndələrinə viza vermədi

{title

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti üzvlərinə Amerika vizası verilməyib.

42-CiParalel.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya nümayəndə heyəti BMT-də hərbçilərin Rusiya-Çin birgə konfransında iştirak etməli imiş.

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov bildirib ki, həmin tədbirdə general-leytenant Andrey Tretyakın başçılıq etdiyi nümayəndə heyətinin iştirakı planlaşdırılıbmış.