• Dünya
  • 1-10-2017, 13:00
  • 208Oxunub

Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir

{title

 

Kataloniyada müstəqilliklə bağlı referendumda səsvermə başlayıb.

42-CiParalel.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, məktəblərdə açılan 2300 seçki məntəqəsinin 1300-ü İspaniya polisinin nəzarəti altındadır və bağlanıb.

Buna görə də səsvermə bütün seçki məntəqələrində keçirilmir.  Bəzi seçki məntəqələrinə polislə toqquşmalar başlayıb. Kataloniya muxtariyyətinin hakimiyyəti səsverməyə 1 saat qalmış bəyan edib ki, Kataloniya sakinləri şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə istənilən seçki məntəqəsində səs verə bilərlər.