Dubayda “süni Mars” yaradılacaq – FOTO

Dubay əmirliyində Marsdakı həyat şəraitinin bənzəri olan rayon inşa ediləcək.
42-CiParalel.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli "The National” nəşri məlumat yayıb.
Dəyəri 136 milyon dollar olan "Mars elmi şəhəri” ("Mars Scientific City”) layihəsini Dubayın vəliəhdi, BƏƏ-nin baş naziri Məhəmməd bin Rəşid hökumət iclasında təqdim edib.
"Mars Scientific City” 176,5 kvadrat metr ərazini əhatə edəcək.
Bildirilir ki, ərazidə tikiləcək biokubların içində "Mars mühiti”ndə bitkilərin becərilməsi üzrə təcrübələr aparılacaq. Plana görə, şəhər özünü həm də qida məhsulları, su və enerji ilə tam təmin etməlidir.