İranda neft emalı zavodunda yanğın, 100 yaralı var

İranda neft emalı zavodunda yanğın baş verib.
42-CiParalel.az xarici KİV-ə istinadən xəbər verir ki, İsfəhanda yerləşən zavodda baş verən yanğında azı 100 nəfər yaralanıb.
Hadisə bu gün səhər zavodun kükürd anbarında qeydə alınıb. Zərərçəkənlərin əksəriyyətində qazdan zəhərlənmə müşahidə olunub.
Yanğının baş vermə səbəbi isə hələlik bilinmir.