Avropanın bir hissəsinin su altında qalacağı vaxt açıqlanıb

Mütəxəssislərin qənaətincə, istiləşmə nəticəsində daşqınlar hər il baş verə bilər
Bu yüzilliyin sonunadək 5 milyon avropalının evindən məhrumolma təhlükəsi var və onların evləri su altında qala bilər.
42-CiParalel.Az-ın məlumatına gğrə Avropa İttifaqı Komissiyası Araşdırmalar Mərkəzi Birliyinin mütəxəssisləri bildiriblər.
Onlar xəbərdarlıq ediblər ki, qlobal istiləşmə nəticəsində Şimal və Baltik dənizlərinin səviyyəsi təhlükəli həddi aşacaq və Avropanın sahilyanı dövlətləri su altında qalacaq: "İstiləşmə nəticəsində daşqınlar hər il baş verə bilər."
Ümumiyyətlə, 2016-cı ildə Sena, Dunay, Reyn və Nekkara çaylarının səviyyəsi normadan atıq olub və həmin çayların sahillərini su basıb. Təbii fəlakət zamanı Fransanın şimal rayonlarından bir neçə min sakini təxliyyə edilib.