Azərbaycanda və Avropada nə qədər məhbus var?

Avropa Şurası "qoca qitə”dəki ölkələrin pentensiar sistemi ilə bağlı geniş hesabat dərc edib. Modern.az Avropa Şurasının dərc etdiyi hesabatda Azərbaycannın cəzaçəkmə müəssisələri ilə bağlı da məlumatlar yer alıb.
Hesabatdan aydın olur ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində 24 197 nəfər şəxs saxlanılır. Bu hər 100 min sakinə 249,3 məhbusun düşdüyünü göstərir. Ümumilikdə, Azərbaycandakı həbsxanalarda 25 492 məhkumun saxlanılması üçün şəriat yaradılıb.
Hesabata görə, Avropada 100 min nəfər ən çox məhbus sayı düşən ölkə Rusiya (439,2), Gürcüstan (274,6), Litva (277,7), Azərbaycan (249,3), Türkiyə (220,4), Albaniya (207,2) və Çexiya Respublikasıdır (197,7).
Bundan başqa, say etibarilə ən çox məhbus Rusiyada (642 470), Türkiyə (173 522), Fransa (65 544), İspaniya (64 017), Almaniya (63 628) və İtaliyada (52 389) yerləşir. 42-CiParalel.Az