Sağ qalan bir uşaq oldu

42-ciparalel.az
Cənubi Sudanda baş vermiş təyyarə qəzasında yeganə sağ qalan bir uşaq qalıb. Bu barədə Cənubi Sudanın nəqliyyat naziri Xon Kuonq Dxanyer Qatluak bildirib.
"Qəza nəticəsində bundan əvvəl üç nəfər sağ qalmışdı, hazırda yeganə sağ qalan bir uşaqdır”, deyə nazir bildirib.
Qeyd edək ki, "An-12” tipli təyyarənin qəzaya uğraması nəticəsində 39 nəfər ölüb, ölənlərdən 21 nəfəri təyyarənin düşdüyü kəndin sakinləridir.