Nyu-Yorkda bütün məktəblər qar fırtınası səbəbindən bağlanıb

Bu gün ABŞ-ın Nyu-York şəhərinin məktəbləri ölkənin şimal-şərqində baş verəcəyi gözlənilən qar fırtınası səbəbindən işləməyəcək.”Report” xəbər verir ki, bu barədə şəhər rəhbərliyi qərar qəbul edib.”Gözlənilən güclü qar yağması səbəbindən Nyu-Yorkda bütün məktəblər cümə axşamı bağlı olacaq”, — deyə şəhər meri Bill De Blazio bildirib.Ölkənin meteoroloji xidmətləri ötən gün Nyu-York, Filadelfiya, Pittsburq, Boston və ABŞ-ın şərq sahilində yerləşən digər şəhərlərə fevralın 9-u axşam qar fırtınasının yaxınlaşacağını məlumat veriblər.Yağıntıların sutka ərzində davam edəcəyi gözlənilir. "weather.com” portalının məlumatına görə, 30 santimetrə qədər qar yağa bilər. 42-CiParalel.Az