• Dünya
  • 9-01-2017, 20:24
  • 305Oxunub

Türkiyədən təyyarə uçmur

{title

 

"Türk Hava Yolları" (THY) aviaşirkəti əlverişsiz hava şəraiti səbəbindən İstanbul aeroportlarında yerli vaxtla saat 18:00-dək olan reysləri təxirə salıb.

istinadən xəbər verir ki, bu barədə THY-nin rəhbəri Bilal Ekşi bildirib.

Havaya qalxan təyyarələr yaxın şəhərlərdəki aeroportlara istiqamətləniblər.

Qeyd edək ki, 4 gündür İstanbulda qarlı-şaxtalı hava şəraiti davam edir. Bu səbəbdən şənbə və bazar günlərində hava limanlarında mindən çox aviareys təxirə salınmışdı. Eləcə də hazırda Bosfor boğazında bərə nəqliyyatı dayandırılıb.