• Dünya
  • 5-11-2015, 19:38
  • 164Oxunub

Azərbaycan Rusiyada döyülən azərbaycanlıya görə işə başladı

{title

42-ciparalel.az

 

     Baş prokuror iş qadının vəhşicəsinə döyülməsi ilə bağlı Rusiyaya müraciət etdi.

Azərbaycan Sankt-Peterburqda azərbaycanlılara qarşı törədilmiş cinayətlə əlaqədar Rusiyanın Baş prokuroruna müraciət ünvayıb. Azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunsuzluqlar qəti şəkildə pislənib. 

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində polis əməkdaşının sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rusiya vətəndaşı İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol verməsi ilə əlaqədar bu ölkənin Baş prokuroru Yuriy Çaykaya müraciət edib. 

Müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, polis əməkdaşı tərəfindən yol verilmiş cinayət hadisəsinin ictimaiyyət arasında rezonans doğurması bildirilməklə cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. 

Roman Talpeyev - baş leytinant 


Azərbaycanlı İradə Rəcəbəliyeva adlı qadının döyülməsi bu ilin yay aylarında baş verib. Roman Talpeyev adlı polis qadının işlədiyi dükana daxil olaraq, əvvəlcə tərəzini itələyib. Buna etirazını bildirən İradənı sonradan polis döyməyə başlayıb. Polisin əməlinə etiraz edən qadın övladları ilə birlikdə polis bölməsinə aparılıb və burada da zorakkılığa məruz qalıb. 

"Məni söyə-söyə bir polis döyməyə başladı. Digər polis isə uşaqlarımı saxlayaraq, mənə yaxın buraxmırdı. Mən nə baş verdiyini anlamırdım. Daha sonra məni əli qandallı növbətçi hissəyə apardılar", - deyə İradə bildirib.