• Dünya
  • 1-02-2016, 23:13
  • 445Oxunub

Rusiyanın ən yeni qırıcıları Türkiyə sərhədində (VİDEO, FOTO)

{title

Müasir qırıcılar Suriyada döyüş əməliyatlarının icrasına başlayıb.
 
Ötən həftədən Rusiyanın "Su-35S” ən müasir yeni qırıcıları Suriyada döyüş əməliyatlarının icrasına başlayıblar. 42-ciparalel.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov xəbər verib. Daha əvvəl bir sıra KİV-də Rusiyanın Suriyaya ən müasir yeni hərbi təyyarələrin göndərməsi haqqında məlumatlar yayılıb. "Keçən həftədən "Hmeymim" təyyarə bazasında döyüş məsələlərinin icrasına yüksəkmanevrli "Su-35S” qırıcıları qoşulub", - deyə Konaşenkov təsdiq edib.


General-mayor İqor Konaşenkov
Daha əvvəl Rusların "Hmeymim" təyyarə bazasına yalnız müasirləşdirilmiş "Su-25” hücumçuları, "Su-24M”və "Su-34” bombardmançıları həmçinin bu təyyarələri müşaiyət edən "Su-30SM” və hərbi helikopterlər yerləşirdi. Bundan başqa, keçən il noyabrın sonunda Rusiya S-400 zenit-raket sistemləri ilə yanaşı S-300 raketlərini Suriyaya göndərib. 



Bir müddət əvvəl "Reuters” agentliyi "Syrian Observatory for Human Rights” hüquq müdafiə təşkilatına istinadən Rusiya Suriyada iki yeni hərbi təyyarə bazasının yaratdığı barədə xəbər yayıb. Bu informasiyaya görə, Palmira şəhərinə yaxın Al -Tayas aerodromundan artıq Rusiyanın helikopterləri qrup halında hərəkət edir.



Agentlik yüksək vəzifəli ABŞ nümayəndəsinə istinadən bildirib ki, ABŞ Homs yaxınlığında Şayrat bazasına xüsusi avadanlığın yerdəyişməsini qeyd edib. Məhz hansı texnika olduğu dəqiqləşdirilməyib. Amma Vaşinqton hesab edir ki, avadanlığın böyük hissəsi artıq işə salınıb. Şayrat bazası iki VPP və təyyarələr üçün sığınacacaqlara malikdir. Ancaq bu həftə rus mətbuatı Rusiya güc strukturlarında olan mənbələrinə istinadən bildirib ki, Şayrat bazası Suriyanın cənubunda və şərqində əməliyyatların inkişafı üçün lazımdır. Onun sözlərinə görə, "Hmeymim” təyyarə bazası artıq döyüş hərəkətləri aparılan rayonlarından kifayət qədər uzaqdır. Xüsusilə hücumçuların və vertolyotların uçuş vaxtı nöqteyi-nəzərindən.Onun sözlərinə görə, daha əvvəl Rusiya hərbi hava qüvvələri Şayrat aerodromundan istifadə edib.



Ötən gün Britaniyanın "The Times” qəzeti Rusiyanın Suriyada ikinci təyyarə bazasını açmağa hazırlaşdığı barədə xəbər vermişdi. Rusiyanın Suriyada hərbi əməliyyatları genişləndirməyə hazırlaşdığını yazan qəzet rusların bu məqsədlə son günlər Suriyada hərbi təyyarələrin və hərbiçilərin sayını xeyli artırdığını qeyd edib. Rusiya "Hmeymim” hərbi bazasından başqa ikinci təyyarə bazasını açıb, ora əlavə təyyarələr və qoşunlarını göndərəcək. Nəşrin məlumatına görə, mərkəzi Suriyada, Homs şəhərinə yaxın Şayrat təyyarə bazasında artıq obyektin hazırlığı ilə məşğul olan Rusiya döyüş vertolyotları və kontingenti yerləşdirilib.
 
42-ciparalel.az