Türkiyədə seçkilərin ilkin nəticələri açıqlandı

42-ciparalel.az
İkin nəticələrə görə, Ədalət və İnkişaf Partiyası ölkəni təkbaşına idarə edəcək.
Türkiyədə açıqlanan ilkin seçki nəticələrinə görə, Ədalət və İnkişaf Partiyası (AKP) qalib gəlir.
AKP hələ ki, 50 faizdən çox səslə birincidir. Səslərin 80 faizi hesablanıb.
Xalaqların Demokratik Partiyası (HDP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) ilkin nəticələrə görə, qoyulan 10 faizlik seçki baryerini keçib. Cümhuriyyət Xalq Partiyası isə ilkin nəticələrə görə, 22 faiz səslə ikincidir.
Türkiyə əhalisi ölkə daxilində qurulan 175 min 6 seçki qutusunda öz səslərini veriblər. Xaricdə isə 54 ölkədə, 113 nümayəndəlikdə seçki məntəqələri yaradılmışdı. Seçkilərdə 54 milyon Türkiyə vətəndaşı səs verib.

Türkiyəli seçici
Türkiyədə iyunun 7-sində keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası yetərsay səs toplaya bilməmiş, daha sonra baş nazir Əhməd Davudoğlunun koalisiya hökuməti qurmaq cəhdləri də uğursuzluqla nəticələnmişdi.
Türkiyədə koalisiya hökuməti qurulması üçün Konstitusiyada nəzərdə tutulan 45 günlük müddət 13 iyul tarixindən rəsmən başlayıb. 7 iyun parlament seçkilərində ən çox səs toplamış Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu seçkidə iştirak edən digər partiyalarla görüşlər keçirdilər. Amma koalisiya qurulması barədə heç bir razılıq əldə edilməyib. Nəticədə isə 1 noyabr tarixinə təkrar parlament seçkiləri təyin edilib. Seçkilər ölkənin 81 şəhərinin hər birində keçirilir.