• Dünya
  • 1-02-2016, 15:25
  • 396Oxunub

10 min qaçqın uşağı yoxa çıxıb

{title

Polisin fikrincə, onlar seksual istismara məruz qalıblar.
 
Miqrantların 10 min uşağı Avropaya çatan kimi yoxa çıxıb. 42-ciparalel.az-ın məlumatına görə, bu barədə Avropa Polis Ofisi məlumat yayıb. Avropa Polis Ofisinin təmsilçilərinin məlumatına görə, həmin uşaq və yeniyetmələr sığınacaq tapdıqları ölkələrdə qeydə alındıqdan sonra itkin düşüblər. Avropa polislərinin fikrincə, onların bəziləri seksual istismara məruz qala bilərlər və ya yerli kriminal qruplaşmalar onları qul əməyinə məcbur edə bilərlər. 


Miqrantlar Avropa kriminal qruplaşmalarının hədəfindədir
"Save the Children” qeyri-hökumət təşkilatının məlumatına görə, keçən il Avropaya 26 min uşaq valideyn müşayiəti olmadan gəlib. Avropa Polis Ofisi ilk dəfədir ki, itkin düşənlərin sayını açıqlayır. Avropa Polis Ofisinin rəhbəri Brayan Donald "Observer” qəzetinə müsahibəsində bildirib ki, söhbət taleyi barədə Avropa hakimiyyət orqanlarına heç bir məlumat olmayan 10 min uşaqdan gedir: "Onların heç də hamısı cinayətkar qrupların qurbanına çevrilməyiblər - bəziləri öz qohumları ilə qovuşublar. Sadəcə. Biz onların yerini bilmirik". Bu məsələdə ən ciddi problem İtaliyadadır. İtaliyanın rəsmi dairələri hələ 2015-ci ilin may ayında bildiriblər ki, 2014-cü ilin yayından sonra keçən bir neçə ayda bu ölkədə 5 min uşaq yoxa çıxıb. 2015-ci ilin oktyabr ayında isə İsveçin Trelleborq şəhərinin hakimiyyəti isə bir neçə ayda valideynsiz gəlmiş minə yaxın qaçqın uşağın yoxa çıxması barədə miəlumat verib.


Britaniyada miqrant düşərgəsi 
BBC-nin müxbiri Katya Adlerin araşdırmasına görə, əsas problem İtaliyada uşaqlara lazımi diqqətin göstərilməməsindən qaynaqlanır. Qanuna görə, onlara gündüz vaxtı sığınacaqları tərk etməyə icazə verilir. Nəticədə, miqrant uşaqlar onları istismar edən qrupların əlinə düşürlər. 
Qaçqın düşərgələrində uşaqlar üzrə mütəxəssisin olmaması problemi daha da dərinləşdirir. Uşaqlar İtaliya küçələrində yoxa çıxırlar. Əsasən, müsəlman ailələrdən olan qaçqın uşaqlar istər-istəməz seksual istismar qurbanına çevrilirlər. 
Avropaya miqrant axınının sxemi
 
42-ciparalel.az