• Dünya
  • 1-11-2015, 22:12
  • 289Oxunub

Türkiyə seçkisinin bəzi özəllikləri

{title

42-ciparalel.az
 

Seçki zaman həm CHP, həm də MHP bir çox qanun pozuntularının aşkar olduğunu elan edib.

Bu gün diqqətlər həm də Türkiyədəki parlament seçkilərinə yönəlib. Bu dövlətin iyun ayında parlament seçkilərindən nəticə əldə edə bilməməsindən sonra təkrar seçkilər keçirilib. Səsvermə prosesi bir az əvvəl başa çatıb. Hazırda səslərin sayılması başlanıb. İlkin nəticələr isə bir neçə saatdan sonra məlum olacaq. Artıq Türkiyənin 81 vilayətində səsvermə prosesi yekunlaşıb. 

Qeyd edim ki, Türkiyədə 53 miliyon seçici 165 min sandıq başında öz siyasi iradəsini nümayiş etdirib. Eyni zamanda, dövlət saat 21:00 qədər, yəni Mərkəzi Seçki Komissiyasının açıqlamasına qədər mətbuat tərəfindən hər hansı bir açıqlama verilməsini qadağan edib.

Hazırda aparılan rəy sorğusuna görə, 53 milyon seçicinin 81faizi artıq seçkilərdə iştirak edib.

Türkiyədə keçirilən seçki prosesi zamanı Diyarbakır vilayətində terror cəhd faktı qeydə alınıb. Belə ki, məhz seçki məntəqələrinə sandıqların daşınması üçün nəzərdə tutulan yolda partlayıcılar aşkar olunub. Aşkar olunan partlayıcılar dərhal təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Hazırda İstanbul daxil 81 vilayətdə 385 min polis və jandarma qüvvələri ölkədə təhlükəsizliyi təmin edir.

Hazırda Diyarbakır, Mardin, Tuncali bu kimi daha çox terror aktlarının baş verdiyi ərazilərdə sandıqlar təhlükəsizlik qüvvələrinin müşaiyəti ilə helikopterlər vasitəsilə Ankaraya gətiriləcək.

Türkiyədə hökumət qurula biləcəkmi sualın gəlincə, bunu indidən söyləmək çox tezdir. Amma ümumi mənzərə və aparılan rəy sorğuları ondan xəbər verir ki, iyunda keçirilən parlament seçkilərindən fərqli bir nəticə əldə etməyəcəyik.

Bütün bunlara baxmayaraq AKP-nin üstünlüyü aparılan rəy sorğularında özünü göstərib.