İŞİD-in Rusiya təyyarəsini vurması öz təstiqini tapmır

42-ciparalel.az
Misirdə qəzaya uğrayan Rusiyanın sərnişin təyyarəsinin havada partladığı təsdiqlənib. Bu barədə hadisə yerində olan qəza ilə bağlı yaradılan komisiyanın nümayəndəsi deyib.
Misir prokurorluğu isə beynəlxalq komissiyanın təyyarənin qara qutusunun analizinə başladığını bəyan edib.
Araşdırma komissiyasının tərkibinə Misirdən, Rusiyadan və Fransadan olan mütəxəssislər daxildir. Rusiyaya məxsus təyyarə Misirdə qəzaya uğradıqdan sonra hadisənin terror və ya sadəcə aviaqəza olması barədə suallar yaranmağa başladı.
Rusiya və Misir rəsmilərinin açıqlamalarında təyyarənin texniki nasazlıq nəticəsində qəzaya uğradığını dedilər. Amma qəzadan bir neçə saat sonra hadisənin terror aktı olması barədə məlumatlar yayılmağa başladı. Terror aktı barədə ilk məlumatlar Qərb mətbuatında öz əksini tapdı. "Reuters" terrorçuların "Twitter"də yaydığı məlumata əsaslanaraq bildirdi ki, təyyarə İŞİD tərəfindən vurulub. Terrorçular "Twitter"də yazdıqları statusda bu təyyarənin vurulmasını Rusiyanın cəzalandırılması kimi göstərdilər.

Qəzaya uğrayan A321 təyyarəsinin qalıqları
"Bizim əsgərlər Sinay yarımadası üzərində Rusiya təyyarəsini vurublar. Təyyarədə 200-dən çox rus sərnişin uçurdu. Hamısı öldürülüb. Bununla biz Rusiyaya göstərdik ki, onların və müttəfiqlərinin başlarına nələr gələ bilər. Onlar heç vaxt islam torpağında və onun hava məkanında təhlükəsizlikdə olmayacaqlar. Bizim üzərimizə hücum etdikləri üçün cəzadan qaça bilməyəcəklər”, - deyə silahlıların sosial şəbəkədə yazılan statusunda bildirilir.
Belə versiyaların yaylımasına səbəb Misirin Sinay yarmadasının bir neçə ildir ki, İŞİD-in nəzarətində olmasıdır. İŞİD-in özünü "İslam dövlətinin Sinay əyaləti” adlandıran döyüşçüləri Misir höküməti ilə mübarizə aparır. İŞİD terror qruplaşması müasir standartlara uyğun ağır silahlara və artleriya qurğularına sahib olsa da, 9 min metr yüksəklikdən uçan Rusiya təyyarəsini vura biləcək raket qurğusunun olması real görünmür.

Qəzaya uğrayan Rusiya təyyarəsinin hərəkət istiqaməti
Məlumatı yayan Qərb mətbuatı hadisəni dünyaya İŞİD-in Rusiyaya qarşı hüçumu kimi təqdim etdikdən sonra hərbi ekspertlərin dilindən yaydıqları məlumatların nə qədər düzgün olduğunu araşdırmağa başladılar. İngiltərəli hərbi ekspertlər Devid Lermon, Çarlz Lister və Maykl Qorovis isə İŞİD silahlılarının sərnişin təyyarəsini vura biləcək silahının olmadığını bildirdilər.
"İŞİD Rusiya təyyarəsini vura bilməz. Çünki sərnişin təyyarəsi 10 min metr hüdürlükdən uçur. Əgər onlar bu təyyarəni vurublarsa deməki silahlıların onlarda "BUK" tipinin raket sistemləri var. Silahlılar bu raketi sistemini böyük səylə gizlədirlər”,- deyə mütəxəsislər bildirib.

"BUK" tipinin raket sistemləri
Eyni zamanda bir sıra fərziyələrdə "Airbus” A-321 təyyarəsinin qəza enişi edən zaman Sinay yarımadasında olan terrorçular tərəfindən kiçik məsafəli raketlərdən istifadə etməklə vurulması iddia olunur. Üçüncü variant kimi isə terrorçuların laynerin içərisində partlayıcı yerləşdirməsi ehtimal edilir. Məlumata görə, İŞİD-in adının hallandığı bu qəza Rusiya tarixinin ən böyük təyyarə qəzası hesab edilir.
Qəza oktyabrın 31-də səhər saatların baş verib. "Koqalımavia" təyyarəsi Sinay yarımadasının şimalında El-Arişa şəhərindən 100 kilometr aralığda qəzaya uğrayıb. Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan təyyarə havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itib. Sonradan təyyarənin Sinay yarımadasında qəzaya uğradığı bəlli olub. Təyyarədə 217 sərnişin və 7 ekipaj üzvü olub. Hazırda təyyarənin düşdüyü ərazidən meyitlərin çıxarılması işləri aparılır. Hazırda 170-dən çox cəsədin aşkar edildiyi bildirilir.
Prezident Vladimir Putin Misirdə qəzaya uğrayan qəza ilə bağlı noyabrın 1-də matəm elan edilməsi ilə bağlı fərman imzalayıb.

Qəzada ölənlərin anım mərasimi
Marağlı məqam odur ki, Rusiyanı yasa qəqr edən bu təyyarə qəzası Vladimir Putinin Suriyada ölkəsini gələcək təhlükədən qorumaq adı altında başlatdığı hərbi əməliyyatların bir ayının tamam olduğu gün baş verdi. Rusiya Suriyada İŞİD terror qruplaşmasına qarşı 30 sentyabrdan əməliyyatlara başlayıb.
Bu qəza Putinin Suriya əməliyyatlarından narazı qalan Qərb dairələrinin Rusiyaya qarşı bir mesajı ola bilər. Çünki qəzada həlak olanların demək olar ki, hamısı Rusiyalı turistlərdir. Tarixə nəzər saldıqda Rusiya 11 senyabr hadisələrindən sonra terrorçuluqla mübarizəyə təkbaşına başladı. Bu isə Putinə baha başa gəldi. Təkcə 2010 -cu ildə Moskva metrosunda baş verən terror hadisəsi nəticəsində 30 nəfərdən çox insan həyatını itirdi.
İndi isə Rusiya İŞİD-lə mübarizədə təkbaşına hərəkət edir. Bu təyyarə qəzasında isə İŞİD-in adının xüsusi ilə Qərb mətbuatında hallanması və rəsmi olaraq təsdiqini tapmaması bunu hazılanmış ssenari olduğunu deməyə əsas verir.
Bu isə bir başa Putinin Suriya əməliyyatlarına zərbədir. Çünki Rusiya cəmiyyətində Putinə qarşı bir nifət yarana bilər ki, o öz maraqları üçün dinc insanları qurban verir. Belə bir halın yaşanması isə Rusiyanın bu əməliyyatları başlamasına qarşı çıxan qüvvələrin xeyrinədir. Bu qəzanı Suriya müharibəsində Qərbin Putinə İŞİD adı altına ilk zərbəsi kimi qiymətləndirmək olar.

Qəzada ölənləri yad edən Rusiya vətəndaşı