• Dünya
  • 1-02-2016, 10:03
  • 308Oxunub

Dünyanın ən yaxşı aşpazı öldü

{title

Benuit Valyerin intihar etdiyi güman olunur.
 
Dünyanın ən yaxşı baş aşpası hesab olunan Benuit Valyer evində ölmüş vəziyyətdə aşkarlanıb.
42-ciparalel.az-ın məlumatına görə, 44 yaşlı aşpaz İsveçrədə, Lozanna şəhəri yaxınlığında "de Otel de Ville Krisyer” adlı restoranı çalışdırıb. Həmin restoran dekabr ayında dünyanın ən yaxşı restoranı seçilib. İsveçrə polisi əslən fransız olan aşpazın intihar etdiyini ehtimal edir. 



O bugün Parisdə keçiriləcək "Mişlenin qırmızı bələdçisi” adlı ən məşhur və nüfuzlu restoranların əks olunduğu soraqçanın təqdimat mərasimində iştirak etməli idi. Maraqlıdır ki, bundan 6 ay əvvəl onun müəllimi və "de Otel de Ville” restoranın əvvəlki sahibi Filip Roşat da eynilə intihar etmişdi. İnsidetlə bağlı araşdırma davam edir.
 
42-ciparalel.az