• Dünya
  • 1-02-2016, 10:01
  • 252Oxunub

Yunanıstan parlamenti Acunu müzakirəyə çıxardı

{title

"Hökumətə səslənirəm, hər hansı bir türkə lisenziya verməyə cəhd etməyin.”
 
Türkiyənin məşhur prodüsseri Acun İlıcalının Yunanıstanda televiziya kanalı alacağı barədə iddialar bu ölkənin parlamentində kəskin mübahisələrə səbəb olub. ANS PRESS-in məlumatına görə, Yunanıstan parlamentində telekanallara yayım lisenziyasının verilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı ciddi böhran yaşanıb. Parlamentdə qanun layihəsinin müzakirə edildiyi plenar iclasda Mərkəzi Birlik Partiyasının lideri Vasilis Levendis çıxış üçün söz istəyib. Levendis çıxışında, Afina kulvarlarında türk biznesmenin Yunanıstanda televiziya kanalı alması barədə söz-söhbət gəzdiyini deyib. Hökumətdən deyilənlər barədə açıqlama tələb edən partiya lideri belə bir addım atmamaları üçün onlara xəbərdarlıq edib. "Hökumətə səslənirəm. Hər hansı bir türkə lisenziya verməyə cəhd etməyin.” Mərkəz Birliyi Partiyasının lideri, bu baş verəcəyi təqdirdə Yunanıstanın Türkiyəyə ən yaxın nöqtəsi olan Larisadan o tərəfə gedə bilməyəcəyini vurğulayıb. Yayım lisenziyası barədə qanun layihəsi 300 yerli Yunanıstan parlamentində 153 lehində səslə qəbul edilib. Bir müddət əvvəl tanınmış prodüsser və aparıcı, bir çox bahalı tele-layihələrin müəllifi və "TV8” kanalının sahibi Acun İlıcalının yeni televiziya kanalının oktyabrda fəaliyyətə başlayacağı barədə məlumat yayılmışdı. Yunanıstanda olan bu kanal barədə İlıcalı özü açıqlama vermişdi. Yunanıstanın baş naziri Çipras ilə bu istiqamətdə görüşdüyünü deyən tanınmış aparıcı bu ölkədə də reytinq rekordları qıracağını iddia etmişdi. 


Acun İlıcalı, Yunanıstanın baş naziri Aleksis Çipras və Türkiyənin baş naziri Əhməd Davudoğlu 
"Qarşımızda iki variant var. Yunanıstanda tele-kanal və ya kanal tezliyi alacağam. Yunanıstanın baş naziri cənab Aleksis Çiprasla görüşdüm. O da bu fikir qarşısında çox həyəcanlandı bu layihəyə müsbət baxdığını dedi. Bu istiqamətdə hədəfimiz oktyabr ayıdır. Kanal "TV8” formatında olacaq. "O Ses Türkiye” müsabiqəsinin Yunanıstan versiyasının müəlliflik hüquqlarını aldıq. Yenə, orda da "Survivor” həyata keçirmək planımız var. Orda da böyük fərqlə reytinqdə birinci olacağımızı hiss edirəm.” - deyə İlıcalı bildirmişdi. Karyerasına 2002-ci ildə idman müxbiri kimi başlayan Acun İlıcalı bir çox tele kanalda müxtəlif layihələrdə aparıcı və prodüsser kimi fəaliyyət göstərdikdən sonra 2013-cü ildə "TV8” kanalını alaraq tele kanal sahibi olub. 
 
42-ciparalel.az