Azərbaycan post-sovet ölkələri arasında 6-cı oldu

İstehlak məhsullarının qiymətlərinin qalxmasına görə ilk post-sovet ölkələri siyahısına Ukrayna liderlik edir.
2015-ci ildə Azərbaycankeçmiş SSRİ ölkələri arasında istehlak məhsulları qiymətlərində müşahidə olunan artım səviyyəsinə görə 6-cı yerdə qərarlaşıb. 42ciparalel.az-ın BelaPAN xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ilk beşliyəUkrayna (43,3%), Qazaxıstan (13,6%), Moldova (13,6%), Rusiya (12,9%) və Belarus (12%) daxildir. 7,6% göstərici ilə 6-cı yerdə qərarlaşan Azərbaycandan sonra siyahını Özbəkistan(5,6%), Tacikistan (5,1%), Gürcüstan (4,9%), Qırğızıstan (3,4%) və Latviya (0,3%) davam etdirir. Ermənistanda qiymətlər və Litvada 0,1%, Estoniyada 0,9% azalıb. Türkmənistanda 2015-ci ilin yanvar-sentyabr aylarında qiymətlər 3,9% (daha yeni məlumatlar yoxdur - red.) artıb. Araşdırma ölkələrin milli statistika komitələrinin məlumatları əsasında BelaPAN xəbər agentliyi tərəfindən aparılıb.
42-ciparalel.az