• Dünya
  • 30-10-2015, 15:41
  • 224Oxunub

Sarkisyan Putinə xəyanət edir

{title

42-ciparalel.az

 

Bu gün Serj Sarkisyan və II Qaregin Gürcüstana səfərə gedir.

Ermənistan prezidenti Serj Sarkisyan bu günGürcüstana işgüzar səfər edir.

Səfər çərçivəsində S. Sarkisyan və ermənilərin katolikosu II Qareginin Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili və digər dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulur. 

Hələlik səfərin əsas məqsədi bəlli olmasa da İran qazının Gürcüstana çatdırılması məsələsinin və erməni kilsələrinin taleyinin müzakirə olunacağı gözlənilir. Hazırda Gürcüstanın qazla təchiz edilməsi məsələsi gündəmdədir. 

Bir müddət əvvəl ölkənin xarici işlər nazirinin müavini David Dondua "Azad demokratlar” parlament fraksiyasının üzvləri ilə görüşündə İranla gizli danışıqların aparıldığı bardə açıqlama vermişdi. 


Ermənistan prezidenti Serj Sarkisyan və ermənilərin katolikosu II Qaregin
Energetika naziri Kaxa Kaladze bir müddət əvvəl İran qazının Gürcüstana ixracı məsələlərini müzakirə etmək məqsədilə noyabrın ortalarında İrana səfər edəcəyini barədə xəbərlər yayılıb. Bu məsələdə qaz alandan və satandan çox Ermənistan maraqlıdır. Çünki Ermənistan tranzitdən külli miqdarda maliyyə vəsaiti əldə edə biləcək. Bu isə tənəzzüldə olan Ermənistan iqtisadiyyatına yeni can verə bilər. 

Serj Sarkisyan isə yeni qazanc mənbəyi kimi gördüyü Gürcüstana səfər etməklə qazın daha tez və sərfəli idxalı barədə müzakirələr aparacağı ehtimal edilir. Yəqin ki, Sarkisyan Gürcüstan səfərinin ardından qazı Ermənistan ərazisindən ixrac edəcək İrana səfərə gedə bilər. 

Ermənistan prezidentinin Gürcüstana səfəri zamanı onu müşayiət edəcək ermənilərin katolikosu II Qaregin barəsində ölkə ictimaiyyəti tərəfindən müsbət fikirlər səslənmir. Ölkə mətbuatında yazlılan məqalələrdə din xadiminin Gürcüstana səfərinin arxasında başqa məqsədlərin dayandığı bildirilir. Yazılır ki, II Qaregin erməni kilsəsi üçün yeni imtiyazlar əldə etmək fikirindədir. 

Tarixə nəzər saldıqda isə görürük ki, Ermənistan dindarları tərəfindən Gürcüstan hakimiyyətinə bir neçə dəfə kilsələrinə imtiyazlar barəsində müraciətlər edilib. II Qareginin 2011-ci ildə Mixail Saakaşvilininhakimiyyəti dövründə Gürcüstana etdiyi səfər zamanı ermənilərin Gürcüstandakı kilsələri üçün hüquqi şəxs statusunun verilməsini istəyib.

Hətta bəzi ermənilər Rusiyanın hərbi qüdrətindən istifadə etmək və hədələmək yolu ilə kilsələrin onlara verilməsini tələb edirlər.Bu isə 2 xalq arasında nifaq yaradır. 

Amma Gürcüstan hakimiyyəti ilə razılıq əldə olunmayıb. Lakin 3-4 il sonra bu xahiş Ermənistandakı erməni kilsələrindən daha çox sayda gürcü kilsəsi mənimsəmək cəhdinə çevrildi. Digər tərəfdən isə bəzi hallarda erməni kilsələri ölkənin siyasi qərarlarına da müdaxilələr edirlər. 

Gürcüstanda erməni kilsəsi
Gürcüstanın Cavaxetiya bölgəsində erməni əhalisi gürcülərə nisbətən çox yaşayır. Bütün qoşularına torpaq iddiası olan Ermənistan Gürcüstanın bu bölgəsində iddialar irəli sürür. Hətta bir müddət əvvəl yayılan məlumatlarda Ermənistan tərəfi yavaş – yavaş dövlət sərhədini Gürcüstan torpaqları hesabına genişləndirdiyi bildirilirdi. Digər tərəfdən isə ermənilər Dağlıq Qarabağda yeritdikləri erməniləşdirmə siyasətini Cavaxetiya bölgəsində də həyata keçirirlər.

Ermənilər işğaldan sonra Azərbaycan ərazilərdə 175 alban dövrü abidəsinə kilsə statusu verən Ermənistan Dağlıq Qarabağda və ətraf 7 rayonların ərazilərində kilsələrin sayını 190-a çatdırıblar. Eyni iddialarla çıxış edən ermənilər Gürcüstan ərazisində nə az, nə çox - 450-dək qədim gürcü kilsəsinin erməni yeparxiyasının sərəncamına verilməsini tələb edib.

Gürcüstanın Cavaxetiya bölgəsi(qırmız xətlə işarələnib)

Bütün bunları nəzərə alan gürcü mətbuatı ölkəyə səfər edən II Qaregin təhlükəli məqsədləri olduğunu barədə ölkə ictimaiyyətinə xəbərdarlıq edib. Kilsələrə əlavə statuslar məsələsi Gürcüstan hökümətinin tam əleyhinə olmaqla bərabər İranla qaz danışıqlarıda ölkəni çıxılmaz vəziyyətlərə sala bilər. Çünki ABŞ Gürcüstan hökümətindən xahiş edir ki, İran üzərinə götürdürülən bütün öhdəlikləri yerinə yetirməyincə onunla danışıqlara getməyin. 

David Dondua qeyd edib ki, Gürcüstan hazırkı mərhələdə ABŞ -ın xahişi ilə İranla tammiqyaslı əməkdaşlıqdan çəkinir: "Biz amerikalı partnyorlarımızla daimi təmasdayıq. Onlar xahiş edirlər ki, İran Vyana razılaşmasında üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu ölkə ilə tammiqyaslı əməkdaşlıqdan çəkinək. Bu öhdəliklərə əməl edilməsi üçün son müddət dekabr ayıdır”- deyə nazir müavini bildirib. 

Amma ölkə mətbuatının bu xəbərdarlığı və Gürcüstanın hakim dairələrinin ABŞ –ın xahişi ilə İranla qaz danışıqlarından çəkinməsini nəzərə alsaq II Qaregin və Serj Sarkisyanın səfərdən əliboş qayıdacağını güman etmək olar. Elə bu səbəbdən də Gürcüstan höküməti hazırda İranla qaz danışıqlarından çəkinir və bu məsələdə Rusiyanın imkanlarından yararlanmağa çalışır.