• Dünya
  • 27-01-2016, 16:45
  • 346Oxunub

Daha bir ölkə İrana qarşı sanksiyaları ləğv edir, amma... (FOTO)

{title

"İran nüvə silahına heç vaxt sahib olmamalıdır".
 
Kanada İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv edir. 42-ciparalel.az-ın məlumatına görə, Kanada xarici işlər naziri Stephen Dion jurnalistlərin suallarını cavablandırarkən İranın nüvə proqramını dayandırmaq üçün göstərdiyi səylərin nəticə verdiyini xatırladıb. "Bu ölkəyə qarşı tətbiq edilən bəzi sanksiyaları aradan qaldırmağa çalışacağıq”.Birləşmiş Millətlər Təşkilatının İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvindən danışan nazir deyib ki, ölkəsi sanksiyaları aradan qaldıracaq, ancaq İran nüvə silahına heç vaxt sahib olmamalıdır.


Kanada Xarici İşlər naziri Stephen Dion
"İsrail də daxil olmaqla, müttəfiqlərimizə dost olmayan bir rejimə qarşı inamsızlığımızı qoruyub saxalayaraq, bu prosesləri diqqətli şəkildə izləyəcəyik”.XİN rəhbəri Kanadanın 2012-ci ildə Tehranda bağlanan səfirliyinin yenidən açılıb-açılmayacağı barədə verilən suala cavab olaraq bunun ilk iş olmadığını söyləyib.Kanada 2012-ci ildə İrana qarşı bir sıra sanksiyalar tətbiq edərək Tehrandakı səfirini geri çağırıb.İranın nüvə proqramına etiraz olaraq ABŞ və Aİ ölkələri İrana qarşı sanksiyalar tətbiq edib.2015-ci il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyalar aradan qaldırılacaq.
 
42-ciparalel.az