• Dünya
  • 26-01-2016, 12:13
  • 278Oxunub

MN: Ermənilərin gözünə hər yerdə Azərbaycan əsgəri görünür

{title

Azərbaycandan erməni yalanına cavab.
 
Azərbaycan Ordusu cəbhədə heç bir diversiyaya cəhd etməyib. Ermənistan Müdafiə Nazirliyinin diversiya qrupunun qarşı tərəfə keçməyə cəhd etməsi barədə yaydığı xəbərlər əsassızdır. Bunu 42-ciparalel.az-a açıqmasında Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər."Düşmən o qədər qorxu, səksəkə içərisindədir ki, hər tərəfdə gözünə Azərbaycan əsgəri görünür”. Ermənistan tərəfinin iddiasına görə, bu gecə Azərbaycan Silahlı Qüvvələriin hərbçiləri təmas xəttini keçməyə cəhd edib. İtkinin olmadığı deyilir. Məlumat üçün qeyd edək ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonununQızılhacılı, Quşçu Ayrım, Fərəhli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Mərzili, Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib.
 
42-ciparalel.az