Rusiya prezidenti Leninin basdırılmasından danışdı

42-ciparalel.az saytı «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bu gün Rusiya prezidenti Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsi fəalları ilə görüşündə Vladimir İliç Leninin cəsədinin mavzoleydən götürülərək dəfn edilməsi məsələsinə toxunub. Putin qeyd edib ki, bu məsələyə ehtiyatla yanaşmaq və nəzərə almaq lazımdır ki, belə addımlar cəmiyyəti iki yerə bölməməlidir. Xatırladaq ki, ötən həftə Rusiyanın nüfuzlu «Komsomolskaya pravda» qəzeti öz oxucuları arasında bu mövzuda sorğu keçirmişdi. 8 mindən artıq oxucunun iştirak etdiyi sorğunun nəticələrinə görə, respondentlərin 63 faizi Leninin dəfn edilməsinin zamanının yetişdiyini qeyd etmişdilər. 42-ciparalel.az