• Dünya
  • 25-01-2016, 17:41
  • 379Oxunub

Putinin keçmiş arvadı evləndi - Özündən 20 yaş kiçiklə

{title

Rusiya prezidenti Vladimir Putinin eks-həyat yoldaşı Lyudmilanın yenidən ailə qurması faktı təsdiqlənib.
Korrupsiya ilə Mübarizə Fondu "Sobesednik” jurnalında yayımlanan materialı araşdırdıqlarını bəyan edib. Qeyd edək ki, həmin materialda Putinin keçmiş arvadının soyadını dəyişməsi və daşınmaz əmlakla bağlı həyata keçirdiyi əməliyyatlar dərc edilmişdi.
Fond Lyudmila Putinanın soyadının Oçeretnıy soyadı ilə dəyişdirildiyini təsdiqləyib. Artıq uzun illərdir ki, Lyudmilanın himayədarlıq etdiyi Şəxsiyyətlərarası Əlaqələrin İnkişafı Mərkəzinə isə Artur Oçeretnıy – Lyudmilanın hazırki əri rəhbərlik edir. Otuz yeddi yaşı olan Artur Putinin eks arvadından 20 yaş kiçikdir.


42-ciparalel.az