• Dünya
  • 25-01-2016, 16:34
  • 341Oxunub

“Apple”ın elektromobil layihəsinin rəhbəri şirkəti tərk edib

{title

"Apple”ın elektromobil layihəsinin rəhbəri Stiv Zadeski (Stive Zadesky) korporasiyanı tərk edib.

42-ciparalel.az "Hürriyet”ə istinadən verdiyi məlumata görə, mediada "Project Titan” adı ilə təqdim edilən layihənin rəhbəri S. Zadeski şəxsi səbəblərlə əlaqədar şirkətdən gedib. "Ford”dan "Apple”a keçən mütəxəssis korporasiyanın gizli avtomobil bölməsinə təyin olunmazdan əvvəl "iPhone” və "iPad” üzərində çalışıb.

Ötən illərdə Apple” öz avtomobil bölməsini gücləndirmək üçün "Mercedes Benz”, "Tesla” və digər məşhur avtomobil şirkətlərindən bir çox mühəndislə anlaşıb. İlk elektromobilin 2019-cu ildə buraxılacağı barədə söz-söhbət yayılıb. Lakin şirkət bunu təsdiqləmir. S. Zadeskinin "Apple”ı tərk etməsi layihəyə mənfi təsir göstərəcək.

 

42-ciparalel.az